Abstract:
Qırx ilə yaxın bir dövr ərzində Cənubi Qafqazda azərbaycanlı uşaq və müəllimlər üçün müəkkəməl dərs vəsaiti olan ''Vətən Dili'' Mahmud bəy Mahmudbəyov, Suleyman Sani Axundov, ''Şərqli'' təxəllüsü ilə tanınan Fərhad Ağazadə, Üzeyir bəy Hacıbəyli, Müslüm Moqamayev, adlarını çəkmədiyimiz digər Azərbaycan ziyalılarının ilk dərsliyi olub. Əsər onların elmə, təhsilə atdıqları ilk addımlara yoldaşlıq edib. Bu şəxsiyyətlərin həyat haqqında ilkin təssəvür və anlayışlarının formalaşmasındada müstəsna rol oynayıb. Nəşrindən 140 il keçsə də, yaşından aslılı olmayaq, özünü azərbaycanlı sayan hər kəs, bir çox folklor nümünələrimizin orijinal formada bir yerə toplandığı bu kitabla yaxından tanış olmalı, ondan əcadadımızın hikmətini, Vətən eşqini duymalıdır. ''Vətən dili'' ndə işlənən ətimizə - qanımıza hopmuş söz və ifadələr adət-ənənələr və.s ilə yenidən tanışlıq hər birimizin mənəvi borcudur.