Abstract:
Təhsilin məzmununun strateji müddəası Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin yuxarıdakı fəlsəfi kəlamında verilmişdir. Təhsilin məzmunu elə müəyyənləşdirilməlidir
ki, gənclərimiz həm vətənpərvər, həm də müasir tələblərə cavab verə bilən bilikli insan kimi
formalaşsınlar.
Təhsilin məzmununu təhsilin qarşısında duran məqsədə uyğun formalaşdırılmalıdır.Təhsil
sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Bu fikrin xüsusi dəlillərlə sübuta
ehtiyacı yoxdur, çünki insan cəmiyyətinin çoxəsrlik tarixi bunu sübut edir.
Cəmiyyətdə baş verən dəyişikliklər də təhsilin idarə olunmasına yeni yanaşmaları
qaçılmaz edir.
Bu Capstone layihəsində təhsilin keyfiyyətinin idarə olunması vasitələri araşdırılmışdır.
Çünki müxtəlif səviyyəli direktorlar orta ümumtəhsilin idarə olunmasına öz başa düşdükləri və
ya köhnəlmiş qaydalarla yanaşırlаr. Bu dа təhsilin idarə olunmasında prоblеmi çətinləşdirməklə
bərаbər, həm də yeni idarə olunma üsullarının tətbiqini аktuаllаşdırır.
Aydındır ki, təhsil sahəsindəki problemlər irili-xırdalı mövcuddur. Amma hazırlanıb təqdim
olunmuş Capstone layihəsi mövcud problemlərin həlli istiqamətində hazırlanaraq öz
tövsiyyələrini vermişdir.