Abstract:
Bu tədqiqat, müəllimlərin rifahına ən çox təsir edən fiziki və psixoloji amilləri araşdırmaq və bu amillərin yaxşılaşdırılmasına dair təkliflər irəli sürmək məqsədi ilə həyata keçirilmişdir. Tədqiqat Qərb bölgəsindəki dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər arasında aparılmışdır. Araşdırmada 210 nəfər müəllim iştirak etmişdir. Tədqiqatda kəmiyyət metodundan istifadə edilmişdir. Data toplama aləti olaraq "Stres", "Narahatlıq", "Tükənmişlik" və "Psixosomatik simptomlar" ilə əlaqəli sualları özündə ehtiva edən beşli Likert ölçmə alətlərindən istifadə olunmuşdur. Datanın analizi üçün deskriptiv statistikalar və ANOVA testi istifadə edilmişdir. Tədqiqat nəticələrinə görə, müəllimlərin stres səviyyəsi orta səviyyədə (x̄=2.76), narahatlıq (x̄=2.52), tükənmişlik (x̄=2.01) və psixosomatik simptomlar (x̄=1.88) isə aşağı səviyyədə olmuşdur. Müəllilərin stres, narahatlıq, tükənmişlik və psixosomatik simptomlara dair qavrayışlarının yaş və pedaqoji təcrübə (staj) dəyişkəninə görə fərqlilik göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün tətbiq olunan ANOVA testinin nəticələri qruplar arasında statistik olaraq əhəmiyyətli bir fərqliliyin olmadığını göstərmişdir. Əldə edilən nəticələrə uyğun olaraq təkliflər formalaşdırılmışdır.