dc.contributor.author | Rəqsanə, Şıxıyeva | |
dc.date.accessioned | 2025-10-14T11:32:19Z | |
dc.date.available | 2025-10-14T11:32:19Z | |
dc.date.issued | 2025 | |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1490 | |
dc.description.abstract | İkidilli təhsil sistemi çoxmillətli ölkələr üçün mühüm sistemlərdən biridir ki, məqsəd etnik azlıqların ana dilini qorumaqla onların dövlət dili bilik səviyyələrini inkişaf etdirməkdir. Gürcüstanda etnik azlıq məktəbləri üçün yeni tətbiq olunmağa başlayan bu sistem Gürcüstan çərçivəsində aktual bir mövzudur. Bu araşdırmanın da məqsədi Gürcüstanda azərbyacandilli məktəblərdə ikidilli təhsil sistemin qiymətləndirilməsi əsas götürülərək azərbaycandilli müəllimlərin ikidilli təhsil sisteminə dair perspektivlərini, çətinliklərini və üstünlüklərini araşdırmaq, müəllimlərin baxışlarından çıxış edərək, ikidilli təhsil sisteminin effektivlik göstəricilərini müəyyənləşdirməkdir. Fenomenoloji keyfiyyət tədqiqat dizaynı rəhbər tutularaq, yarım-strukturlaşdırılmış müsahibələr istifadə edilmişdir. Tədqiqatçı müəllimlər ilə müsahibələr həyata keçirərək onların ikidilli mühitdə tədris təcrübələrinə, o cümlədən onların pedaqoji strategiyalarına, sinifdə qarşılaşdıqları problemlərə və şagirdlərin akademik performansının və dil biliklərinin artırılmasında proqramın effektivliyinə dair təsəvvürlərinə diqqət yetirilib. Bununla yanaşı, müəllimlərdən aldıqları institusional dəstək və bunun onların tədris təcrübələrinə necə təsir etdiyi barədə də məlumat toplanıb. Müsahibələr Kvemo - Kartli bölgəsində yerləşən 4 azərbyacandilli məktəblərdə fəaliyyət göstərən 4 nəfər ikidilli müəllimlər və 4 nəfər əsas fənn müəllimləri arasında aparılmışdır. Müsahibədən əldə olunan nəticələrə əsasən müəyyən edildi ki, Gürcüstanda azərbaycandilli məktəblərdə ikidilli təhsil sisteminin effektivliyinə təsir edən bir sıra amillər vardır. Bunlar kadr çatışmazlığı, ikidilli dərsliklər, dil baryeridir. Bu faktorlar öz növbəsində şagirdlərin akademik nailiyyətlərinə və müəllimlərin tədris strategiyalarına təsir göstərərək, ikidilli sistemin effektivlik göstəricilərini aşağı salır. Pedaqoji təhsili olmayan gürcü dillilərin tədrisə cəlb olunması, eyni zamanda dərsliklərin məzmunun qənaətbəxş olmaması və keyfiyyətsiz tərcümə müəllimlərin əsas narazı olduqları məqamlar idi. Nəticədə, tədqiqata qoşulan müəllimlər azərbaycandilli məktəblərdə ikidilli təhsil sisteminə ehtiyac olmadığını və bu sistemin əsas məqsədinin azərbaycandilli məktəblərin bağlanması, ana dilinın sıxışdırılması olduğunu düşünürlər. | en_US |
dc.language.iso | az | en_US |
dc.publisher | ADA University, Gazakh Center | en_US |
dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
dc.subject | Bilingual education -- Georgia (Republic). | en_US |
dc.subject | Azerbaijani language -- Study and teaching -- Georgia (Republic). | en_US |
dc.subject | Minority students -- Education -- Georgia (Republic) | en_US |
dc.subject | Education, Bilingual -- Evaluation -- Georgia (Republic). | en_US |
dc.title | Gürcüstanda Azərbaycandilli Məktəblərdə İkidilli Təhsil Sisteminin Qiymətləndirilməsi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: