dc.contributor.author | Əmirova, Şamama | |
dc.date.accessioned | 2025-09-11T06:13:54Z | |
dc.date.available | 2025-09-11T06:13:54Z | |
dc.date.issued | 2025 | |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1459 | |
dc.description.abstract | Bu tədqiqatın məqsədi müəllimlərin yaşadığı peşə stressinin iki əsas formasını – motivasiya edən və mane yaradan stress növlərini araşdırmaq və bu stressin onların şəxsi və peşəkar inkişafına təsirlərini öyrənməkdir. Araşdırma 2024–2025-ci tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərində aparılmışdır. Qeyri-təsadüfi məqsədli seçmə ilə 12 müəllimlə yarı strukturlaşdırılmış müsahibələr keçirilmiş, fenomenoloji yanaşmaya əsaslanan keyfiyyət metodundan istifadə olunmuşdur. Toplanan məlumatlar məzmun təhlili üsulu ilə analiz edilmiş və dörd əsas tema müəyyən olunmuşdur: (1) motivasiya edən peşə stressi, (2) mane yaradan peşə stressi, (3) stressin nəticələri, (4) stresslə mübarizə strategiyaları.Motivasiya edən stress müəllimlərin şagird nailiyyətləri, rəhbərlik və valideynlərin təqdir və dəstəyi ilə bağlıdır. Mane yaradan stress isə aşağı maaş, sənədləşmə yükü, valideynlərin haqsız münasibəti, şagird davranışları və dərsliklərlə bağlı çətinliklərdən qaynaqlanır. Müəllimlər motivasiya edən stressin işə həvəsi və yeniliyə açıqlığı artırdığını, mane yaradan stressin isə psixoloji yorğunluq və laqeydlik yaratdığını bildiriblər. Respondentlər stresslə mübarizədə dua, nəfəs alma texnikaları, fiziki fəaliyyət və sosial dəstəkdən istifadə etdiklərini qeyd ediblər. Tədqiqat nəticəsində psixoloji dəstək proqramları, valideynlərlə maarifləndirmə tədbirləri, sənədləşmənin sadələşdirilməsi, dərsliklərin təkmilləşdirilməsi və sosial fəaliyyət imkanlarının artırılması tövsiyə olunmuşdur. Gələcəkdə müxtəlif regionlarda daha geniş iştirakçı qrupu ilə tədqiqat aparılması təklif olunur. | en_US |
dc.language.iso | az | en_US |
dc.publisher | ADA University, Gazakh Center | en_US |
dc.relation | School of Education | en_US |
dc.relation | Graduate program | en_US |
dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
dc.subject | Teacher stress. | en_US |
dc.subject | Job stress in teachers. | en_US |
dc.subject | Teachers -- Psychology. | en_US |
dc.subject | Occupational stress. | en_US |
dc.subject | Teachers -- Effect of stress on. | en_US |
dc.subject | Eastern Zangazur Region (Azerbaijan) -- Education. | en_US |
dc.subject | Education | en_US |
dc.subject | Müəllim stressi | aze |
dc.subject | Müəllimlərin iş stressi | aze |
dc.subject | Müəllimlər - Psixologiya | aze |
dc.subject | Peşə stressi | aze |
dc.subject | Müəllimlər - Stressin təsiri | aze |
dc.subject | Şərqi Zəngəzur Rayonu (Azərbaycan) -- Təhsil | aze |
dc.subject | Təhsil | aze |
dc.title | Müəllimlərin Mane Yaradan və Motivasiya Edən Peşə Stressi | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: