ADA Library Digital Repository

Biologiya Müəllimlərinin Formativ Qiymətləndirmə Təcrübələri (Bakı Nümunəsində)

Show simple item record

dc.contributor.author Əfəndiyeva, Samirə
dc.date.accessioned 2025-09-10T04:59:52Z
dc.date.available 2025-09-10T04:59:52Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1456
dc.description.abstract Müəllimlərin formativ qiymətləndirmə fəaliyyətləri onların və şagirdlərinin uğurlarına güclü təsir etsə də, formativ qiymətləndirməni həyata keçirmək kifayət qədər mürəkkəb iş olub, hərtərəfli peşəkar inkişaf tələb edir (Black və Wiliam, 1998). Bunun üçün müəllimlərə müxtəlif istiqamətli fəaliyyətlər (təlimlər, seminarlar, resurslar və s.) şəklində peşəkar inkişaf proqramları təklif oluna bilər. Cari tədqiqatın məqsədi Azərbaycanda ümumtəhsil məktəblərində dərs deyən Biologiya müəllimlərinin formativ qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Bunun üçün ilk olaraq, ümumtəhsil məktəblərində formativ qiymətləndirmənin cari vəziyyətini müəyyənləşdirmək üçün müəllimlərlə müsahibələr təşkil olunmuşdur. Tədqiqat aşağıdakı tədqiqat suallarını cavablandırmağa çalışmışdır: Müəllimlərinin formativ qiymətləndirilmə ilə bağlı təcrübələri, bilik və bacarıqları nələrdir? Onların formativ qiymətləndirmənin tətbiqi zamanı rastlaşdıqları problemlər və bu problemlərin mümkün həlli yolları nələrdir? Bu tədqiqatda keyfiyyət tədqiqat metodundan biri olan fəaliyyət tədqiqatı yanaşması istifadə edilmişdir. Məlumatlar Bakı məktəblərində 2024-2025-ci tədris ilində dərs deyən 8 müəllimlə aparılmış yarıstrukturlaşdırılmış müsahibələr nəticəsində əldə olunmuşdur. Tədqiqat iştirakçılarının seçimində ehtimala əsaslanmayan rahat seçmə üsulu tətbiq edilmişdir. Müsahibə sualları ədəbiyyat araşdırmasına əsasən tədqiqatçı tərəfindən hazırlanmış və 3 mütəxəssisə göndərilərək alınmış rəylər əsasında təkmilləşdirilmişdir. Məlumatların toplanması tədqiqatçının özü tərəfindən onlayn şəkildə həyata keçirilmiş və iştirakçıların icazəsi ilə səs yazısına alınmışdır. Müsahibələr 40-60 dəq, ümumilikdə 8 gün ərzində həyata keçirilmişdir. Tapıntılar 2 mövzu üzrə xülasə edilmışdir: Formativ qiymətləndirmə təcrübələri (1) və Formativ qiymətləndirmə ilə bağlı problemlər və həll yolları (2). Birinci mövzu üzrə 9, 2-ci mövzu üzrə isə 3 kateqoriya müəyyən olunmuşdur. Tədqiqatın təhlili nəticəsində müəllimlərin formativ qiymətləndirmə ilə bağlı rastlaşdıqları problemlər 2 qrupda təsnif olunmuşdur: müəllimlərlə bağlı problemlər və müəllimlərdən asılı olmayan problemlər. Birinci qrupa daxil olan problemləri müəllimlər üçün təşkil olunmuş müxtəlif peşəkar inkişaf proqramları tətbiq etməklə aradan götürmək mümkündür. Bunu nəzərə alaraq, layihə çərçivəsində müəllimlərə1 günlük təlim təşkil olundu və özünü qiymətləndirmə üsulları ilə bağlı broşür hazırlandı. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.relation School of Education en_US
dc.relation Graduate program en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Formative assessment (Education) -- Azerbaijan. en_US
dc.subject Biology teachers -- Professional development -- Azerbaijan. en_US
dc.subject Educational evaluation -- Research -- Azerbaijan. en_US
dc.subject Biology -- Study and teaching -- Azerbaijan. en_US
dc.subject Teacher-student relationships -- Evaluation. en_US
dc.subject Education en_US
dc.subject Formativ qiymətləndirmə (Təhsil) -- Azərbaycan. aze
dc.subject Biologiya müəllimləri -- Peşəkar inkişaf -- Azərbaycan. aze
dc.subject Təhsilin qiymətləndirilməsi -- Tədqiqat -- Azərbaycan. aze
dc.subject Biologiya -- Təhsil və tədris -- Azərbaycan. aze
dc.subject Müəllim-şagird münasibətləri -- Qiymətləndirmə. aze
dc.subject Təhsil aze
dc.title Biologiya Müəllimlərinin Formativ Qiymətləndirmə Təcrübələri (Bakı Nümunəsində) en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account