Abstract:
Bu tədqiqatda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafına  təsir edən amillər və hansı sahələrdə peşəkar inkişafa  ehtiyacları olduğu araşdırılmışdır. Tədqiqat kəmiyyət metodologiyasında istifadə edilən anket sorğuları vasitəsilə aparılmışdır. Tədqiqat çərçivəsində data toplamaq üçün mövcud ədəbiyyat təhlil olunaraq, 2 bölmədən və   Likert şkalasında 34 maddədən ibarət sorğu alətindən istifadə olunmuşdur.  Cənub bölgəsində 12 ümumi təhsil müəssəsində fəaliyyət göstərən 372 nəfərdən ibarət müəllimdən toplanan  nümunəyə tətbiq edilən anket sorğuları nəticəsində əldə edilən data korrelyasiya və statistik təhlil vasitəsilə analiz edilmişdir. Tədqiqatın nəticəsində məlum olmuşdur ki, müəllimlərin təkmilləşdirilməsinə mənfi təsir edən amillər: peşəkar inkişafın çox maliyyə tələb etməsi, işə götürən dəstəyinin olmaması, peşəkar inkişafın iş qrafiki ilə ziddiyyət təşkil etməsi, ailə məsuliyyətlərinə görə vaxtın olmaması, müvafiq peşəkar inkişafın təklif edilməməsi, peşəkar inkişafda iştirak etmək üçün heç bir stimulun olmaması olaraq  müəyyən edilmiş  və eyni zamanda  müəllimlərin kurikulumun tətbiqi, şagirdlərin davranışlarının idarə edilməsi və İKT bacarıqlarının inkişaf etdirilməsi istiqamətində daha çox dəstəyə ehtiyac olduğu müəyyənləşdirilmişdir.