dc.contributor.author | Nəsibov, Xəyal | |
dc.date.accessioned | 2025-04-08T10:43:25Z | |
dc.date.available | 2025-04-08T10:43:25Z | |
dc.date.issued | 2024-11 | |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1113 | |
dc.description.abstract | Təhsilin əlçatanlığı və sosial bərabərliyi təmin etmək müddəası qlobal təhsil çağırışlarından biridir. Ancaq kəndlər və şəhərlər arasında təhsilin əlçatanlığı fərqlilik göstərə bilir. Belə ki, əhalinin sosial-iqtisadi, mədəni durumu şəhər və kənd məktəbləri arasında müxtəlif cəhətlərdən fərqliliklər ortaya qoya bilir. Nəticədə məktəb direktorlarının təcrübələri, qarşılaşdıqları çətinliklər, onlarla mübarizə formaları və imkanlar kəndlərdə özünəməxsus xüsusiyyətlər daşıya bilir. Tədqiqatlarda ən çox rastlaşılan problemlər zəif infrastruktur, kadr çatışmazlığı, kadrların peşəkar inkişafı, iş yerini dəyişmə və maliyyə məhdudiyyətləridir. İmkanlar isə təhsilin tərəflərinin bir çox halda məktəbə dəstək olması, şagird sayının sinifdə az olması və nizam-intizam problemlərinin çox olmamasıdır. Bu tədqiqat Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 11 kənd məktəbinin direktoru ilə aparılmış və kənd məktəblərində direktorların özünəməxsus təcrübələrini aşkara çıxarmağa yönəlmişdir. Tədqiqat keyfiyyət metodunun fenomenologiya üsulu ilə aparılmış, məlumatlar (data) yarı-strukturlu müsahibə forması ilə toplanmışdır. Əvvəlcədən hazırlanmış suallar soruşularaq cavablar qeyd edilmiş, sonra da həmin cavablar təsviri təhlil yolu ilə analiz edilmiş, şərh və müzakirə edilərək əlavə tövsiyələr verilmişdir. Yekunda məktəb direktorlarının kəndlərdə daha fərqli müsbət və mənfi hallarla qarşılaşdıqları aşkarlanmış, direktorların liderlik davranışlarında özünəməxsus xüsusiyyətlər qeydə alınmışdır. | en_US |
dc.language.iso | az | en_US |
dc.publisher | ADA University | en_US |
dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
dc.subject | School infrastructure -- Azerbaijan -- Rural areas | en_US |
dc.subject | Educational accessibility -- Azerbaijan | en_US |
dc.subject | Professional development of teachers -- Azerbaijan | en_US |
dc.subject | School principals -- Azerbaijan -- Kazakh District | en_US |
dc.title | Kənd Məktəb Direktorlarının İdarəetmə Təcrübələri | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: