ADA Library Digital Repository

Sinfin İdarəedilməsində Müəllimlərin Transformasional Liderlik Davranışları

Show simple item record

dc.contributor.author İskəndərli, Elza
dc.contributor.author Abışova, Xumar
dc.contributor.author Nəbiyeva, Nuranə
dc.date.accessioned 2025-03-03T07:47:41Z
dc.date.available 2025-03-03T07:47:41Z
dc.date.issued 2024
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1027
dc.description.abstract Sinif mühiti təhsil məqsədlərinə nail olmaqda mərkəzi rol oynayır və müəllimlər bu prosesdə mühüm məsuliyyət daşıyırlar. Onların vəzifələri şagirdlərin iştirakını təşviq etmək, təlim nəticələrini artırmaq və nizam-intizamı təmin etməkdən ibarətdir. Sinfin idarə olunması isə sinifdə effektiv tədris-təlim prosesinin baş tutması və gözlənilən təhsil uğuruna nail olmaq üçün müəllim tərəfindən lazımi şəraitin yaradılması kimi müəyyən edilir. Sinfin effektiv idarə edilməsi üçün müəllimin liderlik davranışı göstərməyi lazımdır. Sinfin idarə edilməsində müəllimin liderlik davranışları aktual məsələ olmaqla yanaşı, təhsilin keyfiyyətinin, şagirdlərin rifahının yüksəldilməsi üçün də zəruri şərtdir. Bu tədqiqat layihəsi müəllimlərin sinfi idarə edərkən transformasional liderlik davranışlarından hansı vəziyyətlərdə istifadə etdiklərini üzə çıxarmaq və sinifdə yaranan problemin həllində transformasional müəllim liderliyinin necə həll yolları ortaya qoyduğunu müəyyən etmək məqsədi daşıyır. Layihədə keyfiyyət metodundan istifadə edilib, tədqiqat sahəsi olaraq seçilən dövlət məktəbində müşahidə və müsahibələr aparılıb. Məlumatlar tədqiqatçılar tərəfindən aparılan müşahidə və müsahibələrlə toplanılıb. Bu prosesdə sinif idarəetməsində müəllimlərin transformasional liderlik davranışlarını hansı vəziyyətlərdə istifadə etdikləri müşahidə olunub və ardından daha geniş və dərin məlumat toplamaq üçün müsahibələr aparılıb. Tədqiqatın nəticələri göstərir ki, sinfin idarəedilməsi zamanı müəllimlərin əksəriyyəti transformasional liderlik davranışları nümayiş etdirirlər. Bu tədqiqatın əsas tapıntısı müəllimlərin sinifdə vaxtı düzgün idarə edə bilməmələri və bunun nəticəsində isə onların hər bir şagirdin ehtiyacını qarşılaya bilməmələridir. Bu problemə həll yolu və ya təklif olaraq, seminar və müəllimlərə təlimatlardan ibarət broşür verilməsi olduqca faydalı ola bilər. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Classroom management en_US
dc.subject Educational leadership en_US
dc.subject Teachers -- Training of en_US
dc.subject Education -- Philosophy en_US
dc.subject Schools -- Management en_US
dc.title Sinfin İdarəedilməsində Müəllimlərin Transformasional Liderlik Davranışları en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account