Abstract:
Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri
olan əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevin bu kitabı onun doktorluq dissertasiyası əsasında hazırlanmışdır.
Kitabda 1905-1917-ci illərdə formalaşan və ədəbiyyatımızın sonrakı
təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik
platforması, ədəbi metod və üslub özünəməxsusluğu ilk dəfə olaraq
sistemli, monoqrafik planda təhlil olunmuşdur. Həmçinin mövzu ilə
əlaqədar olaraq XX əsr Azərbaycan ədəbiyyatının həm realist, həm də
romantik qolunu təmsil edən bir sıra görkəmli sənətkarların yaradıcılığı
geniş elmi təhlilini tapmışdır. Ümumilikdə bu dövrun ədəbiyyatının inkişaf
istiqaməti və xarakteri haqqında müfəssəl təsəvvür yaradılmış, orijinal
nəzəri mülahizələr söylənilmişdir