Abstract:
Vətən Müharibəsi Qəhrəmanı, Tərtər-Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olaraq Tanrı dərgahına yüksələn Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot Ramiz Vaqif oğlu Qasımovun şərəfli ömür yoluna həsr olunan bu əsəri həyat yoldaşı Günel xanımın dilindən, onun duyğu və düşüncələrinin, yaşadığı kövrək və həsrətli anların təzahürü kimi qələmə alıram.