dc.description.abstract |
Hər insan ruhuna toxunan, onu düşüncələrinə qarışan duyğular var. Bu duyğulara biz insanlar müxtəlif adlar veririk - sevgi, qayğı, arzu, ümid, hətta bəzən kin, nifrət. Mənim ruhumda hakimiyyət quran duyğu Vətən sevgisidir. Bu eşqin həm qürurunu, həm də kədərini illərdirdi ki, qəlbimdə daşıyıram. Ruhumun "şəhid" adlı bir fəryadı var. Vətən sevgisinin böyüklüyü qədər şəhid həsrətim də günbəgün böyüyür. Yaradıcılığım boyu göz yaşları içində bu həsrətdən yazmağa cəhd edirəm.
Vətənin, şəhid övladlarının göz yaşlarını ruhum alovlana-alovlana misralarımda hiss edərək və hiss etdirərək yazmışam. Məhs bu şeirlərdə şəhid yaxınlarının dərd yoldaşına çevrilmişəm. Bəzən yuxularımda haqqında yazdığım şəhidlərin təşəkkürünü, yazmadığım şəhidlərin gileyini eşitmişəm. Bunları yazarkən isə bir məqsədim olub, şəhidlərimizi unutmamaq və unutdurmamaq. Tarix boyu yaşayan qəhrəmanları biz kitablardan oxuyub tanımışıq. Mənim də arzum qəhrəman şəhidlərimizi sətirlərdə, səhifələrdə yaşatmaqdı. Rahat uyuyun şəhidlərim, qəlbimdə və qələmimdə yaşayacaqsınız... |
en_US |