Abstract:
2023-ci il “Heydər Əliyev İlidir. Kitab Azərbaycan xalqının Ümummilli lideri,
müstəqil milli dövlətin qurucusu, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin
anadan olmasının 100 illiyinə həsr edilib.
Heydər Əliyev tarixin fenomen şəxsiyyətidir. Dünyanın dövlət və siyasi-ictimai
xadimləri onu qəbul edib, ondan yazıb, haqqında qiymətli fikirlər söyləyiblər. Dünya
sivilizasiyasında elit şəxsiyyət kimi tarixi ad qazanmış Heydər Əliyev ictimai-humanitar
sahənin fikir və düşüncə adamlarının da elmi-tədqiqat obyekti, KİV-in qüdrətli təbliğat
mənbəyi olub. Ümumən, publisistika və jurnalistika məktəbinin görkəmli nümayəndələri
də bu böyük rəhbərdən qürurla söz açıb, haqqında fəxarətlə yazıblar.
“HEYDƏR ƏLİYEV: dünya sivilizasiyasında elit şəxsiyyət” adlı kitab zəngin
faktlara, informasiyaya əsaslanıb və Heydər Əliyevin dünyadakı nadir şəxsiyyətini və
dühasını təcəssüm etdirib. Kitabda dünya sivilizasiyasının reallıqları, onu şərtləndirən və
formalaşdıran amillər göstərilib, siyasət, diplomatiya, liderlik, habelə, iqtisadiyyat və
mədəniyyət sahəsində Ümummilli liderin Şərq və Qərb sivilizasiyalarına verdiyi töhfələr
və dünyanın tarixi-siyasi şəxsiyyətlərinin Ulu öndərə verdikləri bəşəri qiymət təcəssüm
olunub. Kitabda qurucu və yaradıcı milli lider İlham Əliyevin siyasi irs və varislik
sahəsində tarixi uğurları, əməli fəaliyyətinə verilən qiymət və haqqında söylənilən dəyərli
fikirlər ümumiləşdirilib.
Bu elmi-filoloji kitab tədqiqat müəssisələri, orta və ali məktəblər, siyasi-ideoloji
dərslər və tarixi lektoriyalar üçün əhəmiyyətli vəsait, dəyərli salnamədir. Heydər Əliyev
dərsləri üçün tədris proqramıdır. Azərbaycan insanının dövlətçilik təfəkkürünün
formalaşdırılması və zənginləşdirilməsində elmi-nəzəri və praktik qaynaqdır. Gənc
nəsillərin Heydər Əliyev nümunəsində təlim-tərbiyəsində yönləndirici məfkurə sənədidir.