Abstract:
Oktyabrın 25-də ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev 100 illik
yubiley kitab sərgisi: Fədakarlıq, Liderlik və İlham dolu əsrin təntənəsi" adlı kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ADA Kitabxanasının rəhbəri Elçin Məmmədov üç gün davam edəcək sərginin açılış mərasimində görkəmli
yazıçıların, ədəbiyyat xadimləri və digər nümayəndələrin iştirak etdiyini bildirib.