Abstract:
AMEA-nın Mərkəzi Elmi Kitabxanası ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgisində öz stendi ilə iştirak edib.
Ulu Öndər Heydər Əliyevin xüsusilə təhsilə, innovasiya və multikulturalizmə göstərdiyi diqqət və qayğının tədqiqi, həmçinin elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaq məqsədilə keçirilən sərgiyə MEK dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən, həmçinin Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın mənafeyinə xidmət edən səmərəli və yorulmaz fəaliyyətinə həsr olunmuş 100-dən artıq kitabla qoşulub.