Abstract:
Hər bir
təhsil və elm ocağının ürəyi
kitabxanadır. Təhsil
ocağının faydası və işi
ümumən kitabxananın
səmərəli fəaliyyətindən
asılıdır. Buna görə də
Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə
paytaxtımızda belə bir
Beynəlxalq elmi konfrans
keçirməyə qərar verdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində
əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda keçirilən birinci Beynəlxalq
elmi konfrans zamanı bu ali təhsil müəssisəsinin rektoru Hafiz Paşayev jurnalistlərə
müsahibəsində demişdir.