Abstract:
Aprelin 1-də “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və
təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, bu ali məktəbin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi konfransı açan “ADA” Universitetinin
rektoru, səfir Hafiz Paşayev artıq 8 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılmasına elə kitabxanadan başlandığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, artıq niyyətimizin birinci mərhələsi həyata keçmişdir. Hazırda kitabxana kampusun mərkəzindədir və
burada dünya təcrübəsinin ən yaxşı nailiyyətləri tətbiq olunmuşdur.