Fariz İsmailzadə hazırda ADA Universitetində Dövlət, Xarici Əlaqələr və Tələbə işləri üzrə Prorektor vəzifəsini, eyni zamanda universitet daxilində yeni yaradılmış Diplomatiya və İnkişaf İnstitunun Direktoru vəzifəsini icra edir. Bakalavr təhsilini Qərbi Kaspi Universitetində, 1-ci magistr dərəcəsini ABŞ-da Vaşinqton Universitetində, 2-ci magistr dərəcəsini (EMBA) İspaniyada IE Biznes Məktəbində, doktorantura dərəcəsini isə Niderlandda Maastrixt Menecment Məktəbində almışdır. Bu günədək 5 kitab və 300-dən çox məqalənin müəllifi, eyni zamanda “Baku Dialogues” jurnalının redaktorudur. O, AR-nın Prezidentinin 18 Aprel 2016-ci il Sərəncamına əsasən Dövlət İmtahan Mərkəz-inin Direktorlar Şurasının üzvü təyin edilmiş, 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən AR-nın diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 16 ildir ki, ADA Ailəsinin üzvüdür. Evlidir və 2 övladı var.
Müsahibənin tamamını oxumaq üçün aşağıda View/Open hissəni tıklayın.
Fariz Ismailzade is currently working at ADA University as a Vice Rector for Government, External and Student Affairs and serves as a director in newly established Institute for Development and Diplomacy. He has done his bachelor’s degree at Western University of Azerbaijan, master’s degree at Washington University in St. Louis in US, EMBA in IE Business School in Spain, PhD in Maastricht School of Management in Netherlands. He is an author of 5 books and more than 300 articles, meanwhile editor of Baku Dialogues journal. He has been honored to be a member of State Exam Center and as well as awarded with “Tərəqqi” medal for his outstanding services on Diplomatic Service Bodies of Azerbaijan Republic by the Decrees of the President of Azerbaijan Republic. It is already more than 16 years that he is a member of ADA Family. He is married and has 2 children.
In order to read full interview, click View/Open section below.