Abstract:
Bu kitaba Səməd Vurğunun xalq tərəfindən daha çox sevilən
şeirləri daxil edilmişdir. “Vətən və xalq sevgisi” adlı bölməyə daxil
edilmiş şeirlərdə şair Azərbaycan təbiətinin gözəlliklərini – uca dağları, axar çayları, sərin bulaqları, geniş çöllərini tərənnüm edir. Eyni
zamanda Azərbaycan oğul və qızlarının şücaəti, əzmi, vətəndaşlıq
hissi böyük bir şövqlə təsvir olunur. “Lirika” bölməsində böyük şa
irin həyat eşqi, yaşamaq həvəsi, ömür-gün yoldaşı Xavərə və ailə
üzvlərinə olan dərin məhəbbəti, incə duyğuları oxucuların zövqünü
oxşayacaq, qəlbinə nüfuz edəcək. Üçüncü bölmə – “Sözün hikməti”
böyük şairin fəlsəfi fikirlərini, zəngin mənəvi dəyərlərini, ləyaqətli
həyat yaşamaq uğrunda çağırışlarını, cəmiyyətin əyər-əksikləri ilə
mübarizəsini ehtiva edir. “Tarix və sənət yadigarları” bölməsinə isə
Azərbaycan tarixinin əhəmiyyətli hadisələrini özündə yaşadan, eyni
zamanda əsl yüksək sənət nümunəsi olan şeirlər daxildir. Bu şeirlər
həm də istedadın, zəkanın, müdrikliyin dövrdən və şəraitdən asılı olmayaraq üzə çıxacağının və yaşayacağının bariz nümunələridir