Abstract:
Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə
birlikdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair tanıtım nəşrləri layihəsinin icrasına başlamışdır. Bu layihəyə əsasən görkəmli şəxsiyyətlərin, alim və
ziyalıların heç zaman çap olunmayan əsərləri, habelə onların dünyada tanıdılmasına xidmət edən bioqrafik materialların nəşri nəzərdə tutulur. Həmin seriyadan oxuculara təqdim olunan bu nəşrdə XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, professor Mir
Cəlal Paşayevin indiyədək ayrıca kitab şəklində çap olunmayan ədəbi-tənqidi
məqalələri küll halında toplanaraq oxuculara və tədqiqatçılara təqdim olunur.