Abstract:
Bələdiyyələr dövlətin vacib atributlarından biri olmaqla yerlərdə
sakinləri təmsil edən, sakinlərə xidmət göstərən orqanlardır.
Bələdiyyələrdə problemlər onların vətəndaşlar və dövlət qarşısında
özünü yetərincə doğrultmamasına, inamın azalmasına, səmərəliliyin
aşağı düşməsinə gətirib çıxarmışdır. Bələdiyyə problemlərinin
öyrənilməsi və həlli yollarının göstərilməsi vacib və aktual məsələ olaraq qalmaqdadır. Layihə işində bələdiyyənin mövcud vəziyyəti təhlil
edilmiş, ortaya çıxan problemlər analiz edilərək təkliflər verilmişdir.
Eyni zamanda yerli sakinlər arasında sorğu keçirilərək bələdiyyənin
effektivliyinin az olması və buna gətirib çıxaran səbəblər öyrənilmişdir.