ADA Library Digital Repository

Qadınların Əmək Bazarına İnteqrasiyası: - İmkan və Maaş Bərarbərsizliyi, Sosial Təminat Yetərsizliyi, Qadınların Rəhbər Vəzifələrə Qalxa Bilməməsi

Show simple item record

dc.contributor.author Əsgərli, Ülviyyə
dc.contributor.author Şükürov, Səbahil
dc.contributor.author Hüseynli, Kənan
dc.date.accessioned 2025-04-21T10:20:56Z
dc.date.available 2025-04-21T10:20:56Z
dc.date.issued 2024-12
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1141
dc.description.abstract Tədqiqatın əsas məqsədi, Azərbaycan qadınların əmək bazarına inteqrasiyası prosesinə maneə olan, qarşısında duran sosial və iqtisadi əngəlləri və cəmiyyətdəki gender bərabərsizliyini araşdırmaqdır. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının mühüm sənədi olan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında “Konvensiyanı” ratifikasiya etdikdən sonra milli qanunvericilik istiqamətində də vacib sənədlər qəbul edilmişdir.Azərbaycan, son illərdə qadınların hüquqlarını qorumağa və onların iqtisadi, sosial və siyasi həyatda daha bərabər hüquqlara malik olmalarını təmin etməyə yönəlmiş bir sıra mühüm addımlar atmışdır (Gender yönümlü həssas yanaşma, 2021, səh 7). Lakin, hələ də qadınların əmək bazarına tam şəkildə inteqrasiyası, maaş bərabərsizliyi, sosial təminatın yetərsizliyi, rəhbər vəzifələrə yüksəlmə imkanı və digər bir çox struktur məsələlərdə ciddi problemlər mövcuddur.Azərbaycanın gender bərabərliyi sahəsində əldə etdiyi irəliləyişlər, həm hüquqi, həm də sosial müstəvidə mühüm əhəmiyyət kəsb edir. BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri və beynəlxalq konvensiyalara uyğun olaraq, ölkəmiz qadınların sosial və iqtisadi inkişafını dəstəkləmək məqsədilə bir çox qanunvericilik təşəbbüsləri və proqramlar həyata keçirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin Əmək Məcəlləsi, qadınların iş və sosial təminat məsələlərinə dair hüquqi baza yaradır və gender bərabərliyini təmin etməyə yönəlmiş müvafiq tədbirləri nəzərdə tutur. Lakin, praktikada bu qanunların icrası, hələ də bir sıra çətinliklərlə üzləşir.Bu tədqiqatın əsas məqsədi, qadınların əmək bazarına inteqrasiyasına mane olan amilləri təhlil etmək, bu amillərin təsirini araşdırmaq və bu problemləri aradan qaldırmaq üçün təkliflər təqdim etməkdir. Tədqiqatda, qadınların əmək bazarında qarşılaşdıqları çətinliklərin əsas səbəbləri kimi sosial və mədəni stereotiplər, ailə-məişət öhdəlikləri, maaş bərabərsizliyi və iş yerindəki gender ayrı-seçkilikləri qeyd olunur. Bu məsələlərin həlli üçün bir çox beynəlxalq təcrübə və siyasət nümunələri araşdırılacaq və Azərbaycanın iqtisadi inkişafına müsbət təsir edəcək potensial həlli yolları təklif ediləcəkdir. Azərbaycanın iqtisadi və sosial inkişafını daha da irəlilətmək məqsədilə qadınların əmək bazarına daha bərabər və ədalətli şəkildə inteqrasiyası vacibdir.Tədqiqatın başlıca hədəfi, ölkəmizdəki mövcud gender bərabərsizliyini aradan qaldırmaq və qadınların əmək bazarında daha çox təmsil olunmasını təmin etmək üçün müxtəlif həll yolları təqdim etməkdir. Bu məqsədlə, tədqiqatda dövlət siyasətinin gücləndirilməsi, qanunvericilik təşəbbüslərinin effektiv icrası, sosial təminat sisteminin təkmilləşdirilməsi, iş yerində gender balansının bərpa edilməsi və qadınların rəhbər vəzifələrdə təmsil olunmalarının artırılması mövzuları geniş şəkildə müzakirə olunacaq. Beynəlxalq təcrübələr, xüsusilə inkişaf etmiş ölkələrin gender bərabərliyi sahəsində əldə etdiyi nailiyyətlər, bu tədqiqat üçün mühüm bir mənbə təşkil edir. Belə ki, İslandiya, Norveç, İsveç və Finlandiya kimi ölkələr gender bərabərliyini təmin etmək məqsədilə müxtəlif sosial və iqtisadi islahatlar həyata keçirmiş və bu ölkələrdə qadınların əmək bazarına inteqrasiyası ilə bağlı mühüm addımlar atılmışdır. (Raisa Vəliyeva 2023, səh 5.) İsveçdə tətbiq olunan “ailə dostu siyasət” kimi proqramlar, qadınların iş və şəxsi həyat arasında daha yaxşı balans qurmasına və ailə-məişət öhdəliklərini kişi ilə bərabər şəkildə bölüşməsinə şərait yaratmışdır. Bu kimi tətbiqlər, Azərbaycanın sosial və iqtisadi inkişafını sürətləndirmək və qadınların əmək bazarına daha bərabər şəkildə inteqrasiyasını təmin etmək üçün ideal nümunələrdir. Bu tədqiqat, yalnız hüquqi və iqtisadi məsələləri araşdırmaqla qalmayacaq, həm də sosial və mədəni amilləri nəzərə alaraq, qadınların əmək bazarına inteqrasiyasının önündəki maneələri aradan qaldırmaq üçün praktiki təkliflər təqdim edəcəkdir. Sosial şəbəkələşmə, mentorluq proqramlarının və iş yerlərində uşaq baxım mərkəzlərinin yaradılması kimi təşəbbüslər, qadınların daha əlverişli iş şəraitində fəaliyyət göstərməsini təmin edə bilər. Həmçinin, cəmiyyətin gender bərabərliyi haqqında daha geniş məlumatlandırılması və stereotiplərin aradan qaldırılması da qadınların iş yerlərində daha çox yer tutmasına və rəhbər vəzifələrə yüksəlmələrinə imkan yaradacaq. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Women -- Employment -- Azerbaijan en_US
dc.subject Gender equality -- Azerbaijan en_US
dc.subject Azerbaijan -- Economic conditions -- 21st century en_US
dc.subject Women -- Legal status, laws, etc. -- Azerbaijan en_US
dc.title Qadınların Əmək Bazarına İnteqrasiyası: - İmkan və Maaş Bərarbərsizliyi, Sosial Təminat Yetərsizliyi, Qadınların Rəhbər Vəzifələrə Qalxa Bilməməsi en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account