Description:
Azərbaycanda təbii qazdan istifadənin əlçatanlığı yüksək olsa da, qaz limitlərinin bölgələrin iqlim şəraitinə uyğunlaşdırılmaması sosial-iqtisadi bərabərsizliyə səbəb olur. Dağlıq ərazilərdə sərt və uzun qış aylarında yaşayan əhali üçün eyni limitlərin tətbiqi onların daha yüksək tariflərlə qarşılaşmasına, nəticədə isə qazdan qənaətlə istifadə etməyə və ya alternativ, ətraf mühitə zərərli yanacaq növlərinə yönəlməsinə gətirib çıxarır. Bu yanaşma həm sosial ədalətsizliyi dərinləşdirir, həm də ekoloji risklər yaradır.