Abstract:
Görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın bu kitabına yazıçının
1958-ci ildə çap etdirdiyi "Yolumuz hayanadır" romanı və bir neçə hekayəsi daxil edilmişdir. Roman Azərbaycanın böyük satirik şairi
M.Ə.Sabirə həsr olunmuşdur. Əsərdə şairin son dərəcə keşməkeşli
həyatı və zəngin yaradıcılığı işıqlandırılmışdır. Əsərdəki hadisələr 1908-1911-ci illəri əhatə edir. Bu böyük Sabirin həyatında elə bir dövrdür ki.
artıq şair təkcə Azərbaycanda deyil, “Molla Nəsrəddin" jurnalının
oxunduğu bütün məmləkətlərdə tanınırdı. Şairin Türkiyədə, İranda,
Tatarıstanda, Orta Asiyada çoxlu pərəstişkarları vardı. XX əsrin birinci
rübündə Azərbaycanın ictimai həyatının mürəkkəb və çətin dövründə bütün təqiblərə “qocaman dağ kimi” tab gətirən Sabir əzəməti, yenilməzliyi romanda canlandırılmışdır. Kitabdakı hekayələr mövzu etibarilə çox zəngin və rəngarəngdir. “Ərik ağacı”, “Gülbəsləyən qız”, “Möhür və məhəbbət",“Günah kimdədir", “Sevinc haqqında” və s. hekayələrdə səmimi təhkiyə, mənalı yumor, dəqiq psixoloji təhlil öz ifadəsini tapmışdır.