Abstract:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəşrlər layihəsinə daxil olan bu kitab Azərbaycan XX əsr nəsrinin və ədəbiyyatşünaslıq elminin, dəyərli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın yaradıcılığına tamamilə yeni və maraqlı bir baxışdır. Səmimi müəllif müdaxiləsi, həqiqi bədii sözün bütün zamanlar üçün təzə qaldığına dair inandırıcı mülahizələr, Mir Cəlalın yaradıcılığından alınmış örnəklər, doğma adamların xatirələri və ilk dəfə çap edilən fotoşəkilllərlə zəngin bu esse - araşdırma milli ədəbi irsin yeni nəsillərə qovuşmağında gərəkli addımdır.