Abstract:
Kitabda söz və ifadələrin Mir Cəlalın zəngin bədii tərzinin inkişafını izləyən yeni mənalar qazandırması, müxtəlif üslublu mətnlərə xidmət etməsi kimi əhəmiyyətli cəhətlər müfəssəl şəkildə təhlil edilmişdir. Yazıçının əsərlərindəki nümunələrə əsaslanaraq, onun dilindəki üslubun fonetika, leksika, onomastika, semantik söz qrupları, sintaktik sistemlər kimi aspektləri araşdırılmış, maraqlı elmi nəticələr əldə edilmişdir. Kitabda aforizmləri beş dildə təqdim edilmiş, əsərlərinin antroponimika lüğəti verilmiş, yazıçının həyat və fəaliyyəti ilə bağlı foto-albom da oxuculara təqdim olunmuşdur.