Abstract:
Kitab Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və
publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. Orijinal tərtibatlı kitab iki cilddən
ibarətdir. Birinci cilddə Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və xatirələri, Mir Cəlala həsr olunmuş poetik nümunələr yer almışdır.
Oxuculara təqdim olunan kitab Mir Cəlalın həyatı, yaradıcılığı və şəxsiyyəti ilə maraqlanan
ədəbiyyatsevərlər, tədqiqatçılar, müəllim və tələbələr üçün qiymətli mənbədir.