Abstract:
Beşcildliyə görkəmli ədibimiz Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilmişdir.
Cildlərdəki janrların hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilmişdir. Hekayələrin və
oçerklərin əksəriyyəti vaxtilə əvvəlcə qəzet və jurnallarda dərc edilmiş, sonralar kitablarda
çap olunmuşdur. Təbii ki, bu zaman müəllif tərəfindən onların bəzisində az, bəzisində isə
çox dəyişikliklər, redaktə xarakterli düzəlişlər aparılmışdır. Hətta bu əsərlər daha sonralar
başqa kitablarda təkrar çap edilərkən bəzən müəyyən dərəcədə fərqli olmuşlar. Bəzi
əsərlərin adları da dəyişdirilmişdir. Beşcildliyə daxil edilən bütün əsərlərin son variantı əsas götürülmüşdür.
Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə
yaradıcılığı ardıcıl izlənmişdir. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan
janrlar - oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilmişdir. Bütün bunlar ədibin
əsərlərinin nəzərdə tutulmuş akademik nəşri üçün də kifayət qədər əsaslı zəmin ola bilər