CB4. "ADA Universiteti Qazax Mərkəzi" Gazakh Center of ADA University
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/411
2024-03-28T13:06:35ZLayihələrin idarə edilməsi : Dərs vəsaiti
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/835
Layihələrin idarə edilməsi : Dərs vəsaiti
Babayev, İqbal
Layihələrin idarə edilməsi (ing. Project Management) kitabında layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının yaratdığı Beynəlxalq Kompetensiyanın Əsasları və layihələrin idarə edilməsi üzrə ISO-21500 standartları öz əksini tapmışdır. Eyni zamanda, layihələrin idarə edilməsində genetik model anlayışı və təşkilatların inkişaf proqramlarının genetik modellər əsasında idarə edilməsi nəzəriyyəsi, layihələrin idarə edilməsində insan faktorları, layihə ofisinin yaradılması, habelə layihə komandasının formalaşdırılmasında xüsusi tələblər verilmişdir.
Kitab layihələrin idarə edilməsi sahəsində işləyən mütəxəssislər, layihə menecerləri, layihə rəhbərləri, layihə ofisinin işçiləri, müəllimlər, aspirantlar, magistr pilləsinin tələbələri, elmi
işçilər və layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırma proqramlarının dinləyiciləri üçün
nəzərdə tutulmuşdur.
Direktorun əl kitabı : Məktəbin idarə olunması
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/834
Direktorun əl kitabı : Məktəbin idarə olunması
Məhərrəmov, Qoşqar; Əliyev, Dadaş; Abaslı, Könül; Məmmədov, Rza
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır. Layihənin qalibi Azərbaycan Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmovdur. Kitabın həmmüəllifləri Dadaş Əliyev, Könül Abaslı, Rza Məmmədov və Qoşqar Məhərrəmovdur. Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovdur. Direktorun əl kitabında təhsilin idarə olunması, məktəbin idarə olunması və liderlik, məktəb mədəniyyəti, məktəbdə ünsiyyət, məktəbdə tədrisin təşkili, məktəb sənədləşməsi, məktəbdə strateji planlaşdırma, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər kimi mövzular əhatə olunmuşdur. Bu kitabın məqsədi məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının səmərəsini artırmaq, onların bir lider olaraq şəxsi və peşəkar inkişafına töhfə verməkdir. “Direktorun əl kitabı”nı eyni adlı saytda pdf formatında əldə edə bilərsiniz. Həmin sayta yüklənən videolarla fəsillərin qısa xülasəsi ilə tanış ola bilərsiniz. Müasir dövrün və gələcəyin direktorlarının bələdçi kitabı olmaq diləyi ilə...
Müəllimin əl kitabı : Sinfin idarə olunması
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/833
Müəllimin əl kitabı : Sinfin idarə olunması
Məhərrəmov, Qoşqar; Fəttayev, Fəttah; Pirverdiyeva, Könül; Məmmədov, Rza; Mənsimi, Cəfər
Vəsaitin hazırlanmasında məqsəd müəllimlərə peşəkar inkişaf dəstəyi göstərmək, onları sinif idarəetməsi nəzəriyyələri, strategiyaları ilə tanış etmək, bu və ya digər situasiyanın motivlərini düzgün müəyyənləşdirmək və həmin situasiyada necə davranmaq lazım olduğunu izah etməkdir. Vəsaitdə müxtəlif tədqiqatların nəticəsində uğurlu hesab edilən sinif idarəetmə nəzəriyyələri və metodları şərh olunur, dərsin planlaşdırılması, mənfi davranışların qarşısının alınması, vaxtın idarə olunması, şagirdlərlə ünsyyət qaydaları, sinfin idarə olunmasında qaydalar və proseduralar haqqında məlumat verilir.
Vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi» çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən “Müəllimin əl kitabı: sinfin idarə olunması” layihəsi əsasında hazırlanmışdır. Vəsait ümumi təhsil müəssisələrində çalışan müəllimlər və pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Təşkilati davranış : Dərs vəsaiti
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/777
Təşkilati davranış : Dərs vəsaiti
Axundova, N. F.
Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə
edir. Vəsaitdə insan davranışı və təşkilatın idarə edilməsinin
nəzəriyyə və metodları nəzərdən keçirilir, insanın əmək şəraitin də davranışına dair olan suallar analiz edilir. Vəsait ali tədris
ocaqlarının tələbələri, menecment sahəsində fəaliyyət göstərən
rəhbər və mütəxəssislər, həmçinin təşkilati davranışı öyrənən
şəxslər üçün nəzərdə tutulub.
Statistika (Ümumi nəzəriyyə) : Dərslik
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/767
Statistika (Ümumi nəzəriyyə) : Dərslik
Əyyubova, Natəvan Soltan qızı
Azərbaycan Respublikasının suverenliyinin 1991-ci ildə bərpa olunduğu və dövlətin müstəqil sosial-iqtisadi siyasət yeritdiyi bir şəraitdə, respublikanın ictimai-iqtisadi həyatında baş verən köklü dəyişikliklər haqqında informasiyanın obyektivliyinin təmin olunmasında statistikanın rolu xeyli güclənmişdir. Ölkənin əhalisi, istehsal sahələri, sənaye, kənd təsərrüfatı, maliyyə orqanları və s. haqqında elmi əsaslarla işlənmiş statistika məlumatı ilə təmin edilməsi, obyektiv, düzgün statistika xidmətinin təşkil olunmasım tələb edir. İqtisadi inkişaf tarixi göstərir ki, statistika məlumatı olmadan dövləti idarə etmək, sosial-iqtisadi hadisələrin inkişaf xüsusiyyətlərin, öyrənmək mümkün deyildir. Hazırkı şəraitdə sosial-iqtisadi hadisələrin hərtərəfli təhlili, milli iqtisadiyyatımızın idarə edilməsinin mühüm vasitəsi olan statistikanın qarşısında yeni vəzifələr qoymuşdur. Respublikada uçot və statistikanın beynəlxalq standartlarına keçilməsi, Proqramda göstərildiyi kimi onun əsaslarını bilən yüksək ixtisaslı iqtisadçı kadrların hazırlandığı şəraitdə mümkündür. Bu, öz növbəsində, respublikada mühasibat uçotu, beynəlxalq münasibətlər, sosial sahələrdə, bank uçotu və statistika üzrə ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutan nümunəvi tədris planlarının, proqramların, tədris və başqa tədris metodiki vəsaitlərin yaradılmasını tələb edir. Beynəlxalq təşkilatlatrm metodoloji tövsiyələrinə və habelə Azərbajcan Respublikasının normativ sənədlərinə əsasən sosial-iqtisadi göstəricilərin formalaşdırmasına və bazar iqtisadiyyatı göstəricilərinnin hesablanmasına tamamilə yeni metodologiya və prinsiplərlə yanaşılması tələb olunur. Statistikanın vəzifəsi, hər şeydən əvvəl, sosial-iqtisadi vəziyyəti əks etdirən obyektiv, tam dolğun məlumatlar toplamaq və onun hərtərəfli işlənməsi sistemləşdirilməsi nəticəsində ölkənin iqtisadi inkişafını və xalqın həyat səviyyəsini təmin edən, elmi cəhətdən əsaslandırılmış təkliflər verməkdən ibarətdir. Statistika elminin əsas və birinci sahəsi olan “Statistikanın ümumi nəzəriyyəsi” kursunda statistika elminin ümumi kateqoriyaları, prinsipləri və metodları yeni proqrama uyğun ardıcıllıqla şərh edilir. “Statistikanın ümumi nəzəriyyəsi” dərs vəsaitində bütün mövzular demək olar ki, yeni faktiki statistik məlumatlar əsasında və yeni proqrama uyğun şəkildə işlənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli sərəncamına əsasən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” tarixi Dövlət Proqramına əsasən və bazar münasibətləri şəraitində statistika orqanları qarşısında qoyulan analitik işləri gücləndirməklə əlaqədar olaraq “Statistikanın ümumi nəzəriyyəsi” dərs vəsaitinin ətraflı işlənməsinə ehtiyac yaranmışdır. Statistikanın ümumi nəzəriyyəsinin dərs vəsaitinin nəşrinin həyata keçiriılməsi ali məktəblərin iqtisad fakültələrində təhsil alan tələbələr, magistrlər, aspirantlar və həmçinin müəllimlər üçün çox əhəmiyyətlidir. Müəllif, Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının müəllimlərinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin işçilərinə, dərs vəsaitinin hazırlanmasında dəyərli təkliflərinə və faktiki statistik məlumatlarla təmin etdiklərinə görə öz minnətdarlığını bildirir. Oxuculardan dərs vəsaitilə əlaqədar təklif və arzularım Azərbaycan Dövlət iqtisad Universitetinin “Statistika” kafedrasına göndərmələri xahiş olunur.
Statistikanın ümumi nəzəriyyəsi : Dərs vəsaiti
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/766
Statistikanın ümumi nəzəriyyəsi : Dərs vəsaiti
Muradov, P.

Direktorun əl kitabi : Məktəbin idarə olunması
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/476
Direktorun əl kitabi : Məktəbin idarə olunması
Əliyev, Dadaş; Abaslı, Könül; Məmmədov, Rza; Məhərrəmov, Qoşqar
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən
layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə
məsuliyyət daşımır. Layihənin qalibi Azərbaycan Britaniya Kollecinin
müəllimi Qoşqar Məhərrəmovdur. Kitabın həmmüəllifləri Dadaş Əliyev,
Könül Abaslı, Rza Məmmədov və Qoşqar Məhərrəmovdur. Kitabın elmi
redaktoru Qoşqar Məhərrəmovdur. Direktorun əl kitabında təhsilin idarə
olunması, məktəbin idarə olunması və liderlik, məktəb mədəniyyəti, məktəbdə ünsiyyət, məktəbdə tədrisin təşkili, məktəb sənədləşməsi, məktəbdə
strateji planlaşdırma, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər
kimi mövzular əhatə olunmuşdur. Bu kitabın məqsədi məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının
səmərəsini artırmaq, onların bir lider olaraq şəxsi və peşəkar inkişafına
töhfə verməkdir. “Direktorun əl kitabı”nı eyni adlı saytda pdf formatında
əldə edə bilərsiniz. Həmin sayta yüklənən videolarla fəsillərin qısa xülasəsi
ilə tanış ola bilərsiniz. Müasir dövrün və gələcəyin direktorlarının bələdçi
kitabı olmaq diləyi ilə...
Metodbirləşmənin iş jurnali : Fənn birləşmələrinin əsas vəzifələri
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/475
Metodbirləşmənin iş jurnali : Fənn birləşmələrinin əsas vəzifələri
Quliyeva, Səidə; Abbasova, Fatma; Baxşəliyev, Elburus; Zakirova, Nigar
Fənn birləşmələrinin məktəblərdə fəaliyyətinin məzmununu aşağıdakı məsələlər təşkil edir:
1. Məktəbdə pedoqoji işçilərin təhsil məsələləri üzrə normativ metodiki sənədləşmənin
öyrənilməsi, ümumitəhsilin ayrı-ayrı səviyyələri üzrə təlim nəticələri və səviyyələri
üzrə, hər bir fənnin məzmun standartların öyrənilməsi üzrə pedaqoji işçilərin fəaliyyə tinin təşkili
2. Pedaqoji prosesdə fəaliyyətin planlaşdırılması və təhlilində, müəllimlərin peşakarlığı
və özünü təkmilləşdirmə nəzərə alınmalıdır. MB-nın illik fəaliyət planı tərtib edilərkən
məktəbin “İllik Fəaliyyət Planı” əsasında tərtib olunmalıdır.
3. Təlim-tərbiyə fəaliyyətinin təşkili məzmunu, metodları və forması məsələləri üzrə
tövsiyələr işlənib hazırlanması, fənlər üzrə tədris fəaliyyətinin təhlili əsasında təlim tərbiyə işinin təşkilinin effektivliyi artırılmalı və həmçinin fənn müəllimlərinin peda qoji fəaliyyəti həyata keçirərkən qarşıya çıxan çətinliklərin diaqnostikası və müəllim
pedaqoji tələbatlarının təhlili əsasında peşəkarlığının inkişafı formasının seçimi, fənn
tədrisinin vəziyyəti təhlilinin aparılması
4. İstedadlı və bacarıqlı şagirdlərə dəstəyin təşkili(olimpiada, konfranslar, intelektual-ya radıcılıq məşğələlər) məktəbdənkənar təhsilə cəlb olunan şagirdlərlə tanışlıq, elmi-pe daqoji fəaliyyət əsas istiqamətlər və aktiv formaların işlənib hazırlanması
5. Pedaqoji təcrübələrin öyrənilməsi, birləşdirilməsi, təbliği, aktual təcrübələrin, məlu matlar bankının yaratmaq, fənn üzrə müxtəlif müəlliflərin metodik işləmələri ilə tanış
olmaq fənnin tədris metodlarının təhlili
6. Özünütəhlil və əldə olunmuş nəticələrin təhlili ilə müəyyən tematika üzrə dərslərin
qarşılıqlı dinlənilməsi, fənn üzrə innovasiya və ekspermental iş
7. Müəllimlərin peşəkar özünütədris haqqında hesabatların, peşəkarlığının artırılması, İx tisasartırmada iştirakı, özünüinkişaf haqqında hesabatların dinlənilməsinin aparılması
8. Dövrü olaraq fənn həftələrinin təşkili və aparılması, fənn olimpiadalarının, müsabiqə lər, baxışların birinci mərhələsinin təşkili və aparılması
9. Fənn üzrə “Ümumi təhsilin Dövlət Standartları və Kurikulumlar” əsasında proqramların
yerinə yetirilmə vəziyyəti və nəticələrin qiymətləndirilməsinə dair tələblərin işlənməsi
10. Bütövlükdə və hər bir pedaqoqun ayrı-ayrılıqda təcrübəsi MB-nın ümumi təcrübəsində
birləşdirilməsi və materialların hazırlanması
11. Tədris ilinin sonunda kurikulum üzrə qiymətləndirmə aparılması təşkil etmək.
Dərsliklərin işlənib hazirlanmasi və təhlil edilməsi
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/471
Dərsliklərin işlənib hazirlanmasi və təhlil edilməsi
Jerar, Fransua-Mari; Rojye, Ksavye; Bosman, Kristian; Oyos, Jorj; Yujen, Jorj
Kompyuter, audio-video və digər təhsil vəsaitlərinin əsl canlanmasının baş verdiyi müasir dövrdə məktəb dərsliyi hələ uzun müddət ərzində ən geniş yayılan və, şübhəsiz ki, ən səmərəli təhsil vəsaiti olaraq qalacaqdır.
Dərsliyin tərtibatının (üzlənmiş çap məhsulu), demək olar ki, dəyişmədiyinə baxmayaraq, onun pedaqoji fəaliyyətdəki təyinatı və yeri xeyli təkamül etmişdir.
Ənənəvi olaraq, dərslik əsasən bilik ötürücüsü və çalışmalar toplusu kimi istifadə edilirdi. Onun həm də ictimai və mədəni dəyərləri yaymaq kimi gizli təyinatı var idi.
Bu gün yuxarıda qeyd edilən təyinat yenə də əsas olaraq qalır. Lakin, bununla yanaşı, məktəb dərslikləri yeni tələbatları da ödəməlidirlər: şagirdlərə müstəqil fəaliyyət vərdişləri aşılamalı, müxtəlif tədris üsullarının tətbiq edilməsi üçün şərait yaratmalı, əldə edilən biliklərin gündəlik həyatda tətbiq edilməsinə şərait yaratmalıdırlar və s. (hələ bu, dərsliyin yeni təyinatlarının heç də tam siyahısı deyildir).
Məhz bu mənada biz ibtidai və ya orta məktəbdə dərs vəsiatlərinin tərtib və ya təhlil edilməsi məsələsi ilə üz-üzə qalan bütün şəxsləri doğru istiqamətə yönəltmək və həm pedaqoji elmin ən son nailiyyətlərinin, həm də müxtəlif ölkələrin təhsil strategiyalarının həmin şəxslər tərəfindən nəzərə alınmasını təmin etmək üçün müəyyən üsulları təklif etməyi lazım bildik.
Bu kitabda eyni zamanda həm nəzəri, həm də təcrübi üsullar təqdim edilmişdir. Nəzəri üsullar əsasən məktəb dərsliklərinin işlənib hazırlanmasının konseptual əsasını müəyyən edən birinci hissədə verilmişdir. Sözsüz ki, konseptual əsasın təhlilini dərsliyin tərtib və təhlil edilməsindən ayırmaq olmaz. Birinci hissənin məzmunu məktəb dərsliklərinin dar cəhətlərindən xeyli kənara çıxır və bütövlikdə tədris-təlim fəaliyyəti ilə əlaqədar olan bütöv anlayışlar silsiləsini yaratmağa imkan verir.
Təcrübi üsullar dərslik konsepsiyasının yaradılmasına və dərsliyin keyfiyyətinin təhlil edilməsinə həsr olunan əməli bölmələrdə təqdim edilmişdir. Biz səmərələşdirmə məqsədilə bu iki məqamı bir-birindən ayırmışıq. Biz hesab edirik ki, dərslik müəlliflərinin dərsliklərin təhlil edilməsinin əsasını təşkil edən amilləri əvvəlcədən nəzərə almaları təbiidir və dərslik təhlilçiləri yalnız dərslik konsepsiyasının cəhətlərini kifayət qədər dərindən öyrəndikləri təqdirdə öz vəzifələrini lazımi səviyyədə yerinə yetirə biləcəklər.
Ola bilər ki, hər hansı misallar bizim qərb ölkələrindən olan oxucularımıza qeyri-adi görünsün. Bu, ondan irəli gəlir ki, biz inkişaf edən ölkələrdə dərslik müəlliflərinin rast gəldikləri müəyyən çətinlikləri, misal üçün, sənaye ölkələri ilə müqayisədə inkişaf edən ölkələrin dərs vəsaitlərinə xeyli çox ehtiyac duyduğunu nəzərə almağa çalışmışıq. Bəzi ölkələr hər əlli, hətta hər yüz nəfər şagirdə bir dərslik təqdim edə bilirlər; halbuki 1992-ci ilin iyulunda Monrealda keçirilən fransızdilli ölkələrin təhsil nazirlərinin konfransında 2000-ci ilədək hər şagirdin dərsliklə təmin edilməsinin zəruri şərt olduğu bir daha təsdiq edilmişdir.
Biz məktəb dərsliklərinin işlənib hazırlanması və təhlil edilməsi ilə əlaqədar olan bir çox seminarın elmi cəhətdən əlaqələndirilməsini bizə etibar etməklə, bu sahədə bizim təcrübəmizin zənginləşməsinə, habelə bir sıra fransızdilli dövlətlərlə əməkdaşlıq qurmağımıza kömək edən Mədəni və texniki əməkdaşlıq agentliyinin Bordo şəhərində yerləşən Beynəlxalq məktəbinə, o cümlədən Rober Fürlon və Jak Toma cənablarına öz minnətdarlığımızı bildirmək istərdik.
Biz həm də bizim müddəalarımızı dəqiqləşdirməyə və aydınlaşdırmağa kömək edən, Tədris və təlim üsulları və vasitələri bürosunda çalışan həmkarlarımıza, o cümlədən bu kitab üzərində işlədiyimiz bütün müddət ərzində bizə diqqət göstərdiyinə və dayaq durduğuna görə professor Jan Mari de Ketelə təşəkkür etmək istərdik.
Fransua-Mari Jerar; Ksavye Rojye
Təhsil Lüğəti
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/470
Təhsil Lüğəti
İbadov, Elçin; Ağayeva, Hüzürə; İsmayılova, Nailə; Mikayılova, Ülviyyə; Kazımzadə, Elmina; Şərəfxanova, Lamiyə; Kərimova, Yuliya; İsayeva, Raziyə
Hörmətli Oxucu! Globallaşma nəticəsində milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur.
Sizlərə təqdim olunmuş “Təhsil lüğəti”ndə son illər təhsil sahəsində istifadə edilən, lakin Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmiş bir sıra yeni termin və anlayışların izahı verilir.
Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların tərcüməsi və izahı verilən bu lüğət təkcə pedaqoji fəaliyyətlə məşğul olanlar üçün deyil, həm də cəmiyyətin ən aktual problemlərindən biri olan təhsilə maraq göstərən ictimaiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulub.
“Təhsil lüğəti” pedaqoqlar, valideynlər, tədqiqatçılar, jurnalistlər, bir sözlə, təhsil sahəsindəki yeniliklərə maraq göstərən bütün oxucular üçün nəzərdə tutulmuşdur.
İnanırıq ki, bu lüğət təhsil sahəsindəki müzakirələr, məlumatlandırma kampaniyaları zamanı tərəflər arasında səmərəli ünsiyyətin təmin edilməsi baxımından da faydalı olacaq.