Digital bookshttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/1832024-03-28T21:16:49Z2024-03-28T21:16:49ZExperts’ Scenarios on Russia’s FutureStarr, S. Frederickhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/7782024-01-24T11:10:23ZExperts’ Scenarios on Russia’s Future
Starr, S. Frederick
“Expert Scenarios on Russia’s Future” is a Silk Road Paper published by the Central Asia Caucasus Institute and Silk Road Studies Program, Joint Center. The Silk Road Papers
Series is the Occasional Paper series of the Joint Center, which addresses topical and timely
subjects. The Joint Center is a transatlantic independent and non-profit research and policy
center. It has offices in Washington and Stockholm and is affiliated with the American
Foreign Policy Council and the Institute for Security and Development Policy. It is the first
institution of its kind in Europe and North America, and is firmly established as a leading
research and policy center, serving a large and diverse community of analysts, scholars,
policy-watchers, business leaders, and journalists. The Joint Center is at the forefront of
research on issues of conflict, security, and development in the region. Through its applied
research, publications, research cooperation, public lectures, and seminars, it functions as a
focal point for academic, policy, and public discussion regarding the region.
Azərbaycanşünaslıq MühazirələriCəfərov, Nizamihttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/7622023-12-11T08:54:15ZAzərbaycanşünaslıq Mühazirələri
Cəfərov, Nizami
Azərbaycan universitetlərində azərbaycanşünaslıq fənninin
tədrisinin artıq müəyyən təcrübəsi olsa da, elmi-metodiki
baxımdan əsaslandırılmış az-çox ümumi bir proqramın
mövcudluğu barədə danışmaq çətindir. Bu, ondan irəli gəlir ki,
azərbaycanşünaslıq, bir fənn olaraq, öz yerini etnosşünaslıqla
ölkəşünaslıq arasında axtarır. Və tədris təcrübəsində gah
etnosşünaslığa, gah da ölkəşünaslığa üstünlük verilir.
Birinci halda etnosun (xalqın, millətin) təşəkkülü, onun əsas
əlamətlərinin (dil, ədəbiyyat, incəsənət, ümumən etnik-mədəni
sistemin) formalaşması, xalqı xalq edən dəyərlərin mənzərəsi
diqqət mərkəzinə çəkilir; ikinci halda isə ölkənin (coğrafiyanın)
etnoqrafik özünəməxsusluqları, rəngarənglikləri ön plana keçir.
ADA Universitetində deyilmiş bu mühazirələrdə
azərbaycanşünaslıq, prinsip etibarilə, etnosşünaslıq mövqeyindən
araşdırılmışdır. Lakin Universitet rəhbərliyinin (rektor, Prof.
Dr. Hafiz Paşayevin) məsləhəti ilə belə qərara gəlinmişdir ki,
sözün geniş mənasında mənbə (obyekt) kimi bədii ədəbiyyat
materialına istinad edilsin. Odur ki, hər bir mühazirə Azərbaycan
xalqının ədəbiyyatı tarixinin bütöv bir dövrünə həsr olunmaqla, həmin dövrdə qazanılmış etnik (milli) mənəvi-ideoloji dəyərlərin
sferasını, hüdudlarını müəyyənləşdirir. Ədəbiyyat isə xalqın ictimai
həyatı ilə bilavasitə bağlı olduğundan, təbii ki, mühazirəçi çox tez tez cəmiyyətin ədəbiyyatdakı obrazını da müzakirə predmetinə
çevirməyə ehtiyac duyur.
Mühazirələrdə azərbaycançılıq (ideologiya!) ilə
azərbaycanşünaslığın (elmin!) qarşılıqlı (metodoloji!) əlaqədə
təqdiminə cəhd göstərilmişdir.
Liberated Karabakh : Policy Perspectives by the ADA University CommunityIsmailzade, FarizKrnjević Mišković, Damjanhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/3092022-02-09T06:25:34ZLiberated Karabakh : Policy Perspectives by the ADA University Community
Ismailzade, Fariz; Krnjević Mišković, Damjan
The Second Karabakh War, which lasted 44 days, was in many ways analogous
to experiencing an amazing surrealist dream that was coming true. All eyes
were glued to the television, waiting for good news from the front every
day: all our attention was on the progress our military was making on the
battlefield, which fortunately did not fail the hopes of an expectant nation.
We fought and won a war to liberate our sovereign lands from an illegal
occupation, restoring our territorial integrity. And in so doing, Azerbaijan
became the happiest country in the world, notwithstanding the moment of
global pestilence that has still not come to an end.
Дипломатия под грохот орудий. О процессе принятия резолюций СБ ООН по Армяно-Азербайджанскому Нагорно-Карабахскому конфликту. 1992-1993гг.Гасанов, Гасан Азиз-оглуhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/3082022-02-09T06:12:22ZДипломатия под грохот орудий. О процессе принятия резолюций СБ ООН по Армяно-Азербайджанскому Нагорно-Карабахскому конфликту. 1992-1993гг.
Гасанов, Гасан Азиз-оглу
Представленная книга о первой в истории современного Азербайджана
дипломатической миссии-Постоянном представительстве Азербайджана
при ООН и ее деятельности в 1992-1993 годах. В книге, составленной в
жанре воспоминаний дипломата, рассказывается о трудностях
становления этой миссии, ее формировании и выработке принципов
работы, умении с достоинством ответить на сложные вызовы,
порожденные драматическими военно-политическими событиями. Особенность деятельности дипломатической миссии заключалась в том,
что она проходила в условиях непрекращающейся агрессии Армянских
вооруженных сил против Азербайджана. Таким образом, вся дипломатическая деятельность первой азербайджанской миссии в ООН
проходила под грохот орудий. Эта книга о том, с какими трудностями
рождались первые заявления и резолюции Совета Безопасности ООН
по армяно-азербайджанскому конфликту. Книга поможет постичь и
осмыслить драматическое вхождение молодого суверенного
Азербайджана на международную арену. Автор книги - Гасан Азиз оглу
Гасанов, государственный и политический деятель Азербайджана,
первый премьер-министр (1990-1992) и министр иностранных дел
(1993-1998) Азербайджанской Республики, первый, которому в апреле
1992 года был присужден дипломатический ранг Чрезвычайного и
Полномочного Посла Азербайджана и был назначен первым руководителем дипломатической миссии Азербайджана в ООН, приводит много примеров из своей дипломатической практики. Книга рассчитана как
на специалистов, так и на широкий круг читателей.
Yüksəkliyə Doğru : Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələriPaşayev, Hafizhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/2552021-06-14T10:45:48ZYüksəkliyə Doğru : Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələri
Paşayev, Hafiz
Hafiz Mir Cəlal oğlu Paşayevi ilk gəncliyindən tanıyırdım.
"Bir səfirin Manifesti" ( Şərq-Qərb, Bakı 2007) əsərini
oxuyandan sonra məlumatım xeyli artdı, təsəvvürüm olduqca genişləndi. Xatiri həmişə əziz olmuş möhtərəm ustadımız-müəllimimiz, filologiya elmləri doktoru, professor və sevimli
nasir Mir Cəlal müəllimin tanıdığım övladları sırasında
Hafizin mənəvi siması gözümdə daha da aydınlaşdı. İngilis
dilində nəşr olunmuş "Racing Up Hill" (New York, 2006)
əsərinin azərbaycancaya tərcüməsinin redaktəsi də öz
əlimdən çıxandan sonra tanıdığım bu ensiklopedik bilikli
şəxs gözümdə bütün əzəməti ilə ucaldı - mahir, həssas,
diqqətcil, uzaqgörən səfir kimi mənə tamam təzə bilik verdi,
həm də bütün ailəsini tanıyıb evində çörəyini kəsdiyim nəcib
bir ədibin oğlu kimi boya-boy gördüm. Atalar sözü tamam
doğru imiş: oğul ataya oxşayar, oğul ataya çəkər. Hafizin
yazılarındakı yumorun da öz kökü ilə atasından ədəbi yadigar qalmış yumoruna bənzərliyinə şahid oldum. Hafizin özünün, xanımının, övladlarının hələ Amerikaya getməmişdən əvvəl bir neçə, bunların sırasında dünya ünsiyyət
vasitəsi kimi də şöhrətlənmiş ingiliscəni mükəmməl bildiyini öyrəndim və buna təəccüblənmədim: Ədib Mir Cəlalın,
alim Mir Cəlalın, pedaqoq, müəllim, doktor Mir Cəlalın
ailəsində tərbiyə tapıb, yetişən, kamilləşən Hafizin harada
olursa olsun millət üzü ağardacağına inamım apogeyə yüksəldi. Üzündən nur yağan, hərtərəfli inkişaf səviyyəsi ilə
seçilən şəxsin Amerika Birləşmiş Ştatlarında olmayan, orada
səlahiyyətli səfir ilkinliyi qazanan Hafizin adındakı məşhur
rəmzin geniş və dərin məna çalarına rəğbətim gücləndi.
Həyatını, fəaliyyətini öyrəndikcə Amerika Birləşmiş
Ştatlarında onun könül ovlayan bir usta səfir kimi işgüzar,
nəcib, xeyirxah dostlar tapıb onlara arxalanmaqla ucalacağına inandığım kimi əyri-üyrü səpələnən ziyankar, xəbis Topalyam da susdurub yerində oturtmağından milli qürur
duydum. Pis mənada millətçi deyiləm, beynəlmiləlçiyəm,
təəccüblü də deyil ki, gəncliyimdən indiyəcən (84 yaşmdayam) Bakı Dövlət Universitetində, Azərbaycan Yazıçıları
Birliyində postsovet birliyi tərkibinə salınmış bütün
xalqların (15 respublikanın) ədəbiyyatını təbliğ - tədqiq edə-edə saysız məqalələrdən əlavə iki cildlik (52 çap vərəqi) həcmində ali məktəb dərsliyi yarada bildim, bu dərsliyi doktor luq elmi dərəcəsi almaq üçün respublikamızda müdafiə
etdim və SSRİ miqyasında elə hörmət qazandım ki, həmin
fənnin təzə proqramını tərtib etmək üçün keçmiş SSRİ ali
məktəblərinin "SSRİ xalqları ədəbiyyatı" tədrisi üzrə ixtisaslaşmış bütün professor heyəti Bakı Dövlət Universitetinə
toplaşmışdı. Belə ricətə ona görə üz tutdum ki, mənim əziz
müəllimimin oğul balası Hafiz də xaricdə nə qədər mütəxəssislə əlaqə yaradıb onları özünə bağlamış, özü də onlarla
səmimi, unudulmaz dostluq qazana bilmişdir. Hafiz bu
ülviyyətinə, dəyanətinə və insanpərvərliyinə görə də atasına
çəkir, amma atasını da, hamımızı da ötüb keçibdir. Doğma
vətənə qələbələri ilə qayıdan Hafiz bəyə böyük uğur, can
sağlığı arzumu qürurla bildirirəm. Nə yaxşı ki, Hafiz Paşayev
son əsərlərində, məktublarında Mir Cəlal oğlu mənsubiyyətini daha çox sevir və qoruyur!
Pənah İmran oğlu Xəlilov
Filologiya elmləri doktoru, Professor,
Azərbaycan Respublikasının əməkdar müəllimi
Bir səfirin manifestiPaşayev, Hafizhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/2542021-06-14T10:19:55ZBir səfirin manifesti
Paşayev, Hafiz
Yazıçılardan kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss
etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam
ki, oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamın
yoxdursa, gərək yazmayasan.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yaranma tarixinin, bu münasibətlərin on
beş il ərzində inkişaf mərhələlərinin oxucu kütləsində maraq
doğura biləcəyinə şübhəm yoxdur. Ölkəmizin Vaşinqtonda
ilk səfiri kimi bu mövzunu işıqlandırmaq məsuliyyətini
həmişə hiss etmişəm. Dövri mətbuatda vaxtaşırı məqalə və
müsahibələrim dərc olunmuşdur. Amma hesab edirdim ki,
fikir və mülahizələrimi, yaddaşımda həkk olunmuş görüş və
hadisələri təfərrüatı ilə yalnız ABŞ-da vəzifəmi başa
vurduqdan sonra təqdim etmək daha düzgün olardı. Budur, bu
təfərrüatları kitab şəklində oxucuların ixtiyarına verirəm.
Təbii ki, bütün xatirələri bir kitaba sığışdırmaq mümkün
deyil və buna cəhd etmək fikrində belə olmamışam. Məqsədim müxtəlif illərdə baş vermiş bəzi hadisələri yada salmaq və bu hadisələrin süzgəcindən keçən zəmanə haqqında
təəssürat yaratmaq olmuşdur. Kitabda müxtəlif illərdə
yazılmış bəzi məqalələrin çap olunmasını da məqsədəuyğun
hesab etdim. Ümidvaram ki, bu kitab ABŞ-Azərbaycan
münasibətlərinin gələcək tədqiqatçıları üçün müəyyən
istiqamətləndirici rol oynayacaqdır. Bu mənada Nyu-Yorkda
2006-cı ildə çapdan çıxmış kitabımın mövcudluğunu da
diqqətə gətirmək istərdim.
Kitabın adının seçilməsi Mir Cəlalın məşhur “Bir gəncin
manifesti” romanı ilə bağlıdır. Həyata baxışlarımın, dünya - görüşümün formalaşmasında atamın fövqəladə rolu olub.
Bunu vurğulamaq niyyətim günahsız da olsa, plagiat kimi
görünə bilər. Amma hər kəsin həyatı özlüyündə bir manifest
deyilmi?!
Kitabın hazırlanma prosesində səfirlikdə mənimlə birgə uzun
illər işləmiş Qalib Məmməd və Tahir Tağızadənin rolunu
xüsusi qeyd etməliyəm. Onların ruhlandırıcı və praktiki dəstəyi müəllif üçün çox əhəmiyyətli olmuşdur.
Əlyazmasmda kitabı oxumuş Nərgiz Paşayevanın rəy və
qeydləri kitabın nəfis şəkildə işıq üzü görməsində əvəzsiz
olmuşdur.
Minnətdarlıqla kitabın bədii tərtibatına yüksək zövqünü sərf
etmiş Altay Sadıqzadənin əməyini qeyd etmək istəyirəm.
Dövlət və dördüncü hakimiyyətMəmmədov, Mədəthttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/2392021-04-21T07:21:17ZDövlət və dördüncü hakimiyyət
Məmmədov, Mədət
Demokratik cəmiyyət quruculuğunda azad medianın roluna tarixdə olduğu
kimi, çağdaş dünyada da ciddi ictimai‑siyasi önəm verilir. Söz azadlığının gerçək ləşməsi müstəqillik qazanmış xalqların həyatında daha zəruri amilə çevrilir.
Bu baxımdan Azərbaycanda azad jurnalistikanın yaranması siyasi suverenliyin
nəticəsi olduğu kimi, ölkəmizin müstəqil mediasının özü də demokratik dövlət
quruculuğunda dördüncü hakimiyyət rolu oynayır.
Təqdim edilən “Dövlət və dördüncü hakimiyyət” kitabı ehtiva etdiyi bu iki
fundamental anlayışın Azərbaycan cəmiyyətində qərarlaşması, dövlət və media
münasibətlərinin sivil əsaslar üzərində qurulması prosesini əks etdirən sanballı
və dəyərli nəşrdir. Müəllifin Azərbaycanda azad media quruculuğu barədə bu
topluda yer almış nəzəri və praktik mülahizələri, ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni zamanda, jurnalistika ilə sıx bağlı olan digər mütəxəssislər və
oxucular üçün də gərəklidir.
Racing Up Hill : Selected papers of Azerbaijan's first Ambassador to the United States of AmericaPashayev, Hafizhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/2062021-06-14T10:21:43ZRacing Up Hill : Selected papers of Azerbaijan's first Ambassador to the United States of America
Pashayev, Hafiz
The story explains how the Republic of Azerbaijan, a small, distant, and new country, established a strong and highly regarded diplomatic presence in Washington between 1993 and 2006. It is also a record of the work of one man, Hafiz M. Pashayev, Azerbaijan's first ambassador to the United Stated and its representative throughout these years, who did much to achieve this. It is a tale of formidable obstacles and of decisive advantages, of lofty principles and low cunning,of steady learning and willful ignorance. It is, in short, a microfilm of diplomacy itself. Pashayev's assignment could not have been clearer: to garner solid American support for Azerbaijan's independence and territorial integrity; help in the difficult transformation from a planned socialist economy to a market system, and from a Soviet-type government to a more open and democratic one; and to facilitate American active participation in the development of the country's hydrocarbon resources so as to strengthen rather than erode these other processes. Thirteen years on, it appears that Pashayev's efforts have fruit in all three areas.
Throughout my years spent in Washington, I have met countless officials and private individuals who have enhanced my understanding of the United States and the American people. Although it is impossible to name everybody, I thank them all for their friendship and cooperation. While working on a manuscript for this book, I continuously recalled those whose editing and typing efforts have helped me to construct speeches, articles, and letters over the years. I express my gratitude to the former and current staff members of the Azerbaijani Embassy in Washington, particularly Elmar Mammadyarov, Tahir Tagizadeh, Galib Mammad, and Aysel Yagubova for their ideas and contributions. It gives me great pleasure to thank Edvin Graves for this cooperation during the early years of my tenure in Washington. Not only was he an indispensable source of information as he guided me through the political labyrinths at Capitol Hill, but he was also a good friend with delightful Alabaman accent. While in the process of planning and writing, I received valuable and enlightening advice from Dr. Frederick Starr. In addition to my strong admiration of his personality, I thank him for all his kindness. I express deep appreciation for Dr. Rob Sobhani's encouragement and support throughout the course of my writings. I thank Taleh Ziyadov and Marja Snyder's meticulous reading and editing of the entire manuscript that has effectively improved the text's readability ease. The author claims responsibility for any remaining shortcomings.
Azərbaycançılıq və “Kitabi - Dədə Qorqud” dastanıAbdulla, Kamalhttp://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/2052021-04-21T07:01:14ZAzərbaycançılıq və “Kitabi - Dədə Qorqud” dastanı
Abdulla, Kamal
Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında
millətlərarası münasibətləri artırmaqla yanaşı daha təkmil
mədəniyyətlararası ünsiyyətin vacibliyini də qarşımıza qoydu.
Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” isə bizi linqvistikadan
daha geniş sahələrə yönəltdi- milli kimliyimizi anlayıb, tarix
və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib
qərarlarımızı formalaşdırmalı və tərəflərə bildirməliyik.
Azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus
dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid
özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda
olan hekayəsi kimi də qəbul oluna bilər və, beləliklə, elmi
baxımdan daim diqqətdə saxlanılmalıdır. Bu kitabın nəşr
olunduğu 2020-ci il də göstərdi ki, Ermənistan-Azərbaycan
münaqişəsinin acı nəticələrinin uzun zaman milli kimliyimizə
hopdurduğu “məğlubiyyət” hissi az bir zamanda dəyişərək
“milli zəfər”ə dönə bilər.
Minilliklərlə yaşı olan xalqımız tarixi siyasi səbəblərə
görə istiqlal arzusunu yalnız XX əsrdə gerçəkləşdirə
bildi. Bu başlanğıcda öz köklərindən ayrı salınmış, milli
və dövlətçilik maraqları tapdanmış, keçmişinin zəngin
irsi, o cümlədən intellektual, mənəvi və ictimai dəyərləri
basılmış azərbaycanlılar ciddi ideoloji boşluq yaşayırdılar.
Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər
Əliyev “azərbaycançılıq” məfkurəsinin banisi kimi kimlik
ideologiyasını dövlət quruculuğunun bütün sahələrinə tətbiq
etdi. Bunu edərkən o, Şərqin ilk demokratiyası, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularının azərbaycançılıq
ideologiyasına müraciət etdi.
Müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və
ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi
özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur. Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq”
ideologiyası təhsilimizin mütxtəlif pillələrində öz əksini
tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin
təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq”
fənninin tədris edilməsi başlandı. O zamana qədər
tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri
çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə,
“Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi
baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi
milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin
zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı
mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik
mənaları məharətlə və metodoloji şəkildə açan Kamal
Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr
proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq”
fənnində mühazirələr oxudu. Kursun bəzi mövzularına tanımış
alim və yazıçı Nəriman Qasımoğlu və Universitetimizin
müəllimi Şəfəq Mehrəliyeva da töhfələrini verdilər.
“ADA” Universitetinin oxuculara təqdim etdiyi
“Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabı həmin
fənnin mühazirələri əsasında tərtib edilib. Ümid edirik ki,
bu kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq”
məfkurəsinin tədrisində dəyərli vəsaitə çevriləcək.
Hafiz Paşayev
“ADA” Universitetinin rektoru